
Flik yenə ən yaxşı məşqçi seçildi
- 24 Mar 2025 17:20
- 72
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik bu mövsüm İspaniya La Liqasında dördüncü dəfə ən yaxşı adına layiq görülüb.
Rekord.az xəbər verir ki, bu, 60 yaşlı alman mütəxəssisin mart ayının da ən yaxşısı seçilib.
"Barselona" İspaniya çempionatında iki oyun keçirib və qələbə qazanıb. Kataloniya klubu “Real Sosyedad”ı (4:0) və “Atletiko"nu (4:2) məğlub edib. Məşqçi fevral ayında da eyni uğuru qazanmışdı.
Flikin rəhbərlik etdiyi kollektiv La Liqada 28 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir.