Uruqvay millisinin və “Atletiko”nun sabiq futbolçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.

Rekord.az xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu “Penyarol” klubunun baş məşqçisi olub. 
 
Bu barədə Uruqvay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Forlanla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, Uruqvay millisində də 112 oyuna çıxıb.