Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nn bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Futzal üzrə Birinci Liqada “Baku Fans” – “Xızı Yasamal” matçında “Baku Fans” komandasının baş məşqçisi Namiq İbrahimov texniki zona qaydalarını pozduğu və texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqada “Baku Fire-2” – “Star Karqo” matçında “Baku Fire-2” komandasının futzalçısı Elşən Zərbəliyəv rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqada “Baku Fire-2” – “Star Karqo” matçında “Star Kargo” komandasının futzalçısı Yamin Yaminov kobud oyuna görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Borçalı” – NTD matçında “Borçalı” komandasının futzalçısı Nadir Məmmədli rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Borçalı” – NTD matçında NTD komandasının futzalçısı Zakir Kərimov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqada “Dalğa” – “Zülfüqar” matçında qonaq qismində iştirak edən “Zülfüqar” komandasının forması ev sahibi komanda “Dalğa” ilə eyni rəngdə olduğundan oyun baş tutmayıb. Bu səbəbdən “Zülfüqar” komandasına 0:5 hesablı məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasında “Xırdalan City” (Bakı) – “Qəbələ FK” oyununun 55-ci dəqiqəsindən sonra hava şəraitinə görə (möhkəm külək 61 km/s) oyunu davam etdirmək mümkün olmayıb və oyun dayandırılıb. İntizam Komitəsi oyunun dayandırıldığı dəqiqədən təyin ediləcək ehtiyat gündə keçirilməsinə qərar verdi. Oyunun tarixi hər iki komandaya oyunu keçirən qurum tərəfindən bildiriləcək.