2022-ci ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimi bəlli olub.

Rekord.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Siyahıda Azərbaycan qran-prisinin də hansı tarixdə keçiriləcəyi açıqlanıb. Bakıdakı yarış 10-12 iyunda təşkil olunacaq.

2022-ci ilin 20 martında Bəhreyndə start veriləcək dünya çempionatına noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq.