Formula 1 üzrə Azərbaycan qran-prisi təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyun ayında baş tutmalı olan Azərbaycan qran-prisi təşkilatçı ölkənin istəyi ilə təxirə salınıb. Buna səbəb koronavirus pandemiyasının bütün dünyada sürətlə yayılmasıdı.

Qeyd edək ki, Azərbaycan qran-prisi 5-7 iyun tarixlərində baş tutmalı idi.