Formula 1: Azərbaycan qran-prisinin qalibi bəlli oldu
- 30 Apr 2023 17:20
- 831
Formula 1 üzrə Azərbaycan qran-prisinə yekun vurulub.
Rekord.az xəbər verir ki, 51 dövrənin tamamında "Red Bull" komandasının pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Maks Ferstappen ikinci olub. İlk üçlüyü "Ferrari"dən Şarl Lekler qapayıb.
“Aston Martin”in pilotu Nik de Vris və “Alfa Romeo”dan Jou Quanju Azərbaycan qran-prisində mübarizəni yarıda dayandırmalı olublar. Nik de Vris 8-ci dövrədə qəza səbəbindən mübarizəni dayandırıb. Jou Quanju isə 37-ci dövrədə yarışdan çəkilib.
Beləliklə, Formula 1 üzrə dünya çempionatında “Bakı sindorumu” qırılıb. “Red Bull” komandasının pilotu Serxio Peres Azərbaycan qran-prisində finişə birinci çatmaqla, hər il fərqli qalibin çıxması ənənəsinə son qoyub. Meksikalı sürücü 2021-ci ildə olduğu kimi, bu dəfə də Bakı trekində hamıdan sürətli olub.
Xatırladaq ki, əvvəlki illərdə Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Luis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) 2016-cı ildən təşkil edilən Azərbaycan qran-prilərinin qalibi olublar.