Formula-1-in icraçı direktoru məşuqəsi ilə birlikdə qətlə yetirildi
- 19 Avq 2021 14:21
- 895
Formula 1-in Belçikanın “Spa-Frankorşam” avtodromunun icraçı direktoru Natali Maye evində ölü tapılıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərənin “Express” nəşri məlumat yayıb. 51 yaşlı qadın yataqda silahla vurularaq öldürülüb.
Natilinin əri Frans Dyubua evə gələndə onu başqa bir qadınla yataqda görüb. Bundan sonra kişi hər iki qadını silahla vuraraq qətlə yetirib. O, daha sonra intihar edib. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Natali Maye gənclik illərində avtomobil yarışlarında iştirak edib və 5 dəfə qalib olub. O, 2015-ci ildən “Spa-Frankorşam” avtodromunun icraçı direktoru vəzivəsində çalışırdı.