Formula 1 üzrə Çin qran-prisi bu il keçirilməyə bilər. 

Rekord.az xəbər verir ki, buna səbəb bu ölkədə koronavirusun yayılmasıdır. Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirus aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib. 

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Formula 1 rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.