“Formula 1” üzrə ilk qran-prinin qalibi məlum oldu
- 05 İyl 2020 20:30
- 1239
Şpilberq avtodromunda "Formula 1" üzrə Avstriya qran-prisi keçirilib.
Rekord.az xəbər verir ki, dünya çempionatının mövsümdə ilk mərhələsinin qalibi "Mercedes" pilotu Valtteri Bottas olub.
Finişə ikinci yerdə onun komanda yoldaşı Lüis Hemilton çatsa da, "Red Bull" pilotu Aleksander Albonla toqquşması üzündən cərimə alıb və nəticədə 4-cü olub.
İkinci yer "Ferrari" pilotu Şarl Leklerə qismət olub. "McLaren"dən Lando Norris isə üçüncülüklə kifayətlənib.
Ümumilikdə 20 pilotdan 11-i finişə çata bilib. 9 nəfər isə müxtəlif səbəblərdən yarışı yarımçıq dayandırmalı olub.