"Formula 1"də yeni müqavilə
- 08 Yan 2020 13:41
- 913
"Red Bull" komandası ilə müqaviləni 2023-cü ilə qədər uzadan "Formula 1" pilotu Maks Ferstappenin yeni qazancı bəlli olub.
Rekord.az "Motorsport" nəşrinə istinadən xəbər verir ki, bu sözləşmə sayəsində hollandiyalı sürücünün maaşı əhəmiyyətli dərəcədə artıb. Bildirilir ki, Ferstappen 40 milyon avro qazanacaq. Bu isə "Ferrari" pilotu Sebastyan Fettelin qazancına bərabərdir. Yalnız 6 qat dünya çempionu "Mercedes"in heyətində yer alan Lüis Hemilton daha çox qazanc əldə edə bilir.
Əvvəlki sözləşməyə əsasən, Ferstappen ildə 12 milyon avro qazanır. Maaşının 3 dəfədən çox artmasına səbəb onun danışıqlar zamanı israrlı olması və "Honda"dan olan mühərrikçilərin məvacibin bir hissəsini ödəməyə hazır olmalarıdır.
Qeyd edək ki, Maks Ferstappen ötən il ümümi göstəricidə üçüncü olub. O, yalnız "Mercedes" pilotları Lüis Hemilton və Valtteri Bottasdan geri qalıb.