“Formula 2”: Bakıda sprint yarışının qalibi bəlli oldu
- 14 Sen 2024 15:39
- 362
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan qran-prisində sprint yarışının qalibi bəlli olub.
Rekord.az xəbər verir ki, "AIX Racing" komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.
"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü yeri tutub.
Yarış zamanı "Rodin Motorsport" komandasının pilotu Rimoto Miyatanın idarə etdiyi boliddə yanğın olub. Hadisə sprint yarışında avtomobilin səddə çırpılmasından sonra baş verib. Yaponiyalı sürücü mübarizəni dayandırıb.
Xatırladaq ki, ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olmuşdular.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 15-də başa çatacaq.