Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan qran-prisinin qalibi bəlli olub. 

Rekord.az xəbər verir ki, 29 dövrənin yekununda “Prema Racing”dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

“Carlin”dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub.

Yarış bir neçə qəza ilə yadda qalıb. Bu üzdən ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib. 

Xatırladaq ki, saat 15:00-da Formula 1-də əsas yarış baş tutacaq.