Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.

AÇ-2024
1/4 final

5 iyul

Portuqaliya – Fransa 0:0 (penaltilər 3:5)
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq. “Volksparkstadion”.