Fransa – Azərbaycan matçı portuqallara tapşırıldı
- 07 Okt 2019 18:00
- 774
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacağı oyununun hakimləri məlum olub.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Antoniu Nobre olacaq. Ona Nunu Perreyra və Brunu Alveş Jezuş kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elder Maleyru yerinə yetirəcək.
Oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan oyunu saat 23:00-da start götürəcək.