Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final oyununun (1:0) ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Jül Kunde görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

25 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və görüşü yüksək səviyyədə keçirib.