Fransa Futbol Federasiyası ölkədəki futbol turnirlərinin dayandırılmasına qərar verib.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məsələylə bağlı federasiya prezidenti Noel Le Qreyt açıqlama verərək, koronavirus epidemiyası səbəbiylə belə qərar verdiklərini bildirib. Federasiyaya tabe olan bütün liqalar bu gündən etibarən ikinci bir qəraradək dayandırılır.

Liqa 1 və Liqa 2 federasiyanın səlahiyyətində olmadığı üçün qərar sözügedən çempionatlara aid deyil.