Fransa klubu borca görə fəaliyyətini dayandıra bilər
- 18 İyl 2024 13:15
- 157
Fransanın futbol üzrə altıqat çempionu olan "Bordo" klubu fəaliyyətini dayandıra bilər.
Rekord.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Klub borclarını ödəmək üçün təcili olaraq 40 milyon avro tapmalıdır. Əks halda, "jirondinlər" iflas və ləğv üçün müraciət edəcək.
Klub rəhbərliyi "Liverpul"un sahibi olan Amerika şirkəti ilə danışıqlar aparsa da, nəticəsiz qalıb.
"Bordo" 2023/24 mövsümünü Liqa 2-də 12-ci yerdə başa vurub.