Fransa klubu “Qarabağ”la oyuna görə Liqa 1 matçının təxirə salınmasını istəyir
- 01 Noy 2024 12:20
- 80
Fransanın "Olimpik” (Lion) klubu Avropa Liqasında "Qarabağ"a qarşı Bakıda keçirəcəyi oyuna görə Liqa 1-dəki matçının təxirə salınmasını istəyib.
Rekord.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Klub "Nitsa" ilə görüşün ertələnməsinin tərəfdarıdır. Lion klubunun rəsmiləri 7 saatlıq uçuşun ardından 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixdə baş tutmasını tələb ediblər.
Fransa Peşəkar Futbol Liqasının (LFP) isə hələlik bunu rədd etdiyi bildirilib.
Avropa Liqasının Liqa mərhələsinin 5-ci turuna təsadüf edəcək "Qarabağ" – "Olimpik” (Lion) qarşılaşması noyabrın 28-də təşkil olunacaq. Liqa 1-in 13-cü turunun "Olimpik” (Lion) - "Nitsa" matçı isə dekabrın 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlamalıdır.