
Fransa klubunun prezidenti 15 oyunluq cəzalandırıldı
- 27 Fev 2025 18:00
- 37
Fransanın "Olimpik" (Marsel) klubunun prezidenti Pablo Lonqoriya 15 oyunluq cəzalandırılıb.
Rekord.az bu barədə Fransa Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Buna klub rəhbərinin etikanı pozan, futbolun imicinə xələl gətirən təhqiramiz ifadə və davranışlara yol verməsi səbəb olub.
Fransa çempionatının 23-cü turunda "Oser"lə matçda (0:3) qırmızı vərəqə alan Marsel klubunun futbolçusu Derek Kornelius meydandan qovulduqdan sonra prezident görüşün hakimi Ceremi Stinata "korrupsiya, əsl korrupsiya" deyə qışqırıb.
İspaniyalı funksioner Fransa çempionatının cari mövsümündə komandasının qalan bütün oyunlarını buraxacaq. O, həmçinin növbəti mövsümdə də bəzi matçlarda iştirak edə bilməyəcək.
“Olimpik" Fransa çempionatında 23 turdan sonra 46 xalla ikinci pillədə qərarlaşıb.