Fransa millisində son 40 ilin rekordu
- 18 Noy 2024 14:20
- 81
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub.
Rekord.az xəbər verir ki, Marsel “Olimpik”inin futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.
“Opta”nın məlumatına görə, bu qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) ən erkən vurulan qol olub.
İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.