
Fransa millisinin sabiq üzvü ciddi ittihamla üz-üzə
- 11 Apr 2025 17:30
- 79
Braziliyanın "Vasko da Qama" klubunda çıxış edən Dimitri Payet əqli, fiziki və cinsi istismarda itiham edilir.
Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə braziliyalı vəkil Larissa Ferrari iddia irəli sürüb.
O, martda yerli polisə şikayət edib və məsələ ilə bağlı araşdırma başlayıb.
Ferrari dekabrda ilk mübahisələrinin olduğunu bildirib. Qadın 38 yaşlı vingerin onu döydüyünü də söyləyib.
Payet 2016-cı ildə Fransa millisi ilə Avropa çempionatının gümüş medalını qazanıb. O, Marsel “Olimpik”indəki çıxış ilə məşhurlaşıb.