Fransa millisinin sabiq üzvü həbs cəzası aldı
- 12 Noy 2024 21:00
- 73
Fransa millisinin sabiq üzvü Vissam Ben Yedder cinsi təcavüzdə şübhəli bilinərək şərti qaydada 2 il 6 ay həbs cəzası alıb.
Rekord.az "RMC Sport" agentliyinə istinadən xəbər verir ki, son mövsümü ölkəsinin "Monako" klubunda keçirən futbolçu 6,5 min avro məbləğində təzminat ödəməklə şərti 2 il yarım cəzaya məhkum olunub.
O, istirahət zamanı 21 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Ben Yedder 2023-cü ildə də eyni cinayətə görə polis tərəfindən saxlanılmışdı.