Fransa millisinin üzvü koronavirusa yoluxdu
- 20 Mar 2020 17:44
- 926
Fransanın voleybolçu kişilərdən ibarət yığmasının və Rusiyanın "Zenit Kazan" klubunun üzvü Ervin Nqapet koronavirusa yoluxub. "Rekord.az" xəbər verir ki, bu barədə ulduz voleybolçu sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Tatarıstan klubunun rəsmi məlumatında da xəbər təsdiqlənib. Klubdan bildirilib ki, Rusiyanın müntəzəm çempionatı başa çatdıqdan sonra oyunçulara istirahət verilib. Nqapet də Fransaya ailəsinin yanına yollanıb. Oradan qayıtdıqdan sonra komanda ilə əlaqə saxlayan voleybolçu özündə soyuqdəymə əlamətləri olduğunu bildirib. Komandanın həkimləri ona evdə qalmağı və heç kimlə görüşməməyi bildiriblər. Komanda dərhal aidiyyəti quruma məlumat verdikdən sonra xüsusi briqada Ervini xəstəxanaya aparıb.
Klubdan bildirilib ki, təcrübəli voleybolçu hazırda özünü yaxşı hiss edir. Klub rəhbərliyi fransalı voleybolçuya anlaşıqlı davrandığı və komanda yoldaşları ilə əlaqə yaratmadığı üçün təşəkkür edib. Məhz buna görə komandanın digər üzvlərinin də virusa yoluxma halindan qaçmaq mümkün olub.