Fransada idman yarışları sentyabra qədər təxirə salına bilər
- 24 Apr 2020 11:20
- 574
Fransada koronavirus pandemiyasına görə bütün idman tədbirləri sentyabra kimi təxirə salına bilər.
Rekord.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Roksana Marasinyanyu “Lequipe” nəşrinə açıqlamasında deyib:
“İdman yarışları iyunun ortasında yenidən başlaya bilər. Ancaq digər sahələr də var. Belə olan halda idman hökumət üçün prioritet deyil və bütün fəaliyyətlər yalnız sentyabrda başlaya bilər”.
Daha öncə Fransa mətbuatı Liqa 1-in iyunun 17-də başlayacağını iddia etmişdi.