Fransada Liqa Kubokunun finalı təxirə salındı
- 11 Mar 2020 21:00
- 603
PSJ və Lion “Olimpik”i arasında keçiriləcək Fransa Liqa Kubokunun final matçı koronavirusa görə təxirə salınıb.
Rekord.az "L Equipe"yə istinadən xəbər verir ki, qarşılaşma aprelin 4-də "Stad de Frans" stadionunda baş tutmalı idi. Görüşün yeni tarixi hələ ki bəlli deyil.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 774, ölənlər isə 33 nəfərdir. UEFA daha öncə PSJ-nin Çempionlar Liqasındakı matçının azarkeşsiz keçiriləcəyini açıqlayıb.