Fransalı dünya çempionu karyerasını başa vurdu
- 25 Sen 2024 15:45
- 118
Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.
İtaliyanın "Komo" klubuna məxsus olan təcrübəli oyunçu zədə səbəbindən bu addımı atıb. O, oynaya bilməsə də, A Seriyası təmsilçisində işləyəcəyini vurğulayıb.
Varan İspaniyada "Real", İngiltərədə "Mançester Yunayted" kimi komandaların formasını geyinib. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.