Fransalı futbolçu Kevin Qameyro peşəkar futboldan ayrıldığını açıqlayıb.


Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçunun son klubu 2024-cü ilin yayında tərk etdiyi "Strasburq" olub.


O, "Loryen", PSJ, "Sevilya", "Atletiko" və "Valensiya"da da çıxış edib. Kevin karyerası ərzində Avropa Liqasının 4 qat qalibi, Fransa çempionu və İspaniya Kubokunun qalibi olub.


Qameyro Fransa millisində 13 oyun keçirib və 3 qol vurub.