Frutos: "Azərbaycanda mənə komfortludur"
- 28 Mar 2020 21:32
- 657
“Keşlə”nin hücumçusu Lorenso Frutos Azərbaycanda koronavirus dövründə keçirdiyi günlərdən danışıb.
Rekord.az xəbər verir ki, ölkəsi Paraqvayın mətbuatına müsahibəsində o deyib: “Burada hər şey dayandırılıb. Çox yer bağlıdır. Çempionat və məşqlərdə fasilə yaranıb. Amma tək deyilik. Vəziyyətdən çıxmağa çalışırıq”.
O qeyd edib ki, komandasının çempionatda durumu yaxşıdır: “Üçüncü yerdəyik. Yarışın bitməsinə 8 tur qalıb. Avropa Liqası zonasındayıq. Həm futbolçu kimi, həm də şəxsi planda burada mənə komfortldur”.