"Fulhem"in hücumçusu Raul Ximenes İngiltərə Premyer Liqasının ən yaxşı meksikalı bombardiri olub.


Rekord.az xəbər verir ki, futbolçu bu ünvanı 20-ci turda "İpsviç Taun"la oyunda ələ keçirib.


2:2 hesabı ilə bitən görüşdə London təmsilçisinin üzvü iki dəfə penaltidən fərqlənib. Hazırda Ximenesin Premyer Liqada 55 qolu var. O, "Mançester Yunayted" və "Vest Hem" klublarının heyətində 53 qol vuran Çiçaritonu keçib.


"Fulhem" Premyer Liqanın turnir cədvəlində 30 xalla 9-cu yerdə qərarlaşıb.