Futbol funksioneri rüşvətə görə azadlıqdan məhrum edildi
- 19 Avq 2024 16:30
- 209
Çin Futbol Assosiasiyasının keçmiş sədr müavini Li Yuyi 11 il müddətinə azadlıqdan məhrum edilib.
Rekord.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Funksioner rüşvətxorluğa görə həbs edilib. Bundan əlavə, o, 1 milyon yuan (təxminən 140 min ABŞ dolları) cərimə də ödəməlidir.
Li Yuyinin rüşvət şəklində aldığı əmlak da dövlətə təhvil verilməlidir.