Futbol tariximizin maraqlı fakti: “33-lər” siyahısında yalnız bir azərbaycanlı olub
- 27 Apr 2020 12:00
- 831
Futbol tariximizdən bəhs edən növbəti yazını sizlərin diqqətinə təqdim edirik. Əslində bu tip yazılara son vaxtlar tez-tez müraciət etməyimizin tək səbəbi var. O da yeni nəslin futbol tariximizlə bağlı məlumatlı olmasını təmin etmək. Çünki çox vaxt veteran futbolçularımız televizuya və qəzetlərdə SSRİ çempionatı, “Neftçi”nin oyunları haqqında danışarkən, o dövrün futbolçularını, tarixi məqamlarını xatırladarkən, onu oxuyan indiki nəsl bir çoxlarını tanımır və beləliklə də futbolumuuzn tarixindən məlumatsız olurlar. Düşünürük ki, bizim bu səpkidə olan yazılarımız futbol tariximizin indiki nəslə çatdırılması baxımından müsbət rol oynayacaq. Bu dəfəki mövzumuza gəlincə, nisbətən yaşlı futbol azarkeşləri SSRİ çempionatları dövründə mövcud olan “Ən yaxşı 33” seçimlərini gözəl xatırlayar. Həmin vaxt hər mövsümün sonunda ən yaxşı 33 futbolçunun adı açıqlanardı. Qısaca deyək ki, bu seçimə əsasən hər mövqeyə ən güclü 3 futbolçu seçilirdi. Məsələn ən güclü qapıçı 1, 2, 3-cü yerlər üzrə təyin olunurdu. Eyni qayda ilə ən yaxşı müdafiəçis, yarpmmüdafiəçi və hücumçular da seçilirdi. Yekunda ən yaxşı 33 futbolçunun adı açıqlanırdı. Bəsa görəsən bizimkilərdən həmin siyahıya kimlər düşüb? Bu yazıda məhs bu haqda söhbət açacağıq. Əslində “Neftçi”dən də ən güclülər sırasında zaman zaman bir sıra futbolçular yer alıb. Ancaq təəssüfləq eyd etməliyik ki, həmin futbolçular arasında miliyyətlə azərbaycanlı yalnız bir nəfər olub, o da Maşallah Əhmədov. Bunun özü isə bir daha sübut edib ki, “Neftçi” də uzun müddət qeyri-azərbaycanlılar hökmranlqı edib. Hətta 1970-ci illərə qədər bu proses davam edib. Yalnız 70-ci illərdə o dövr Azərbaycana rəhbərlik edən mərhum prezidentimiz Heydər Əliyev bu məsələyə müdaxilə edərək “Neftçi”də azərbaycanlı futbolçularının daha çox oynamasının vacibliyini ön plana çəkmiş və bunu klub rəhbərliyi qarşısında bir vəzifə, şərt kimi qoymuşdu. Məhz bundan sonra paytaxt klubunda azərbaycanlı futbolçularıns ayı artmağa başlamış, İsgəndər Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov, Səməd Qurbanov, Asim Xudiyev, Elbrus Abbasov, Əli Rəhmanov, Şakir Qəribov və digər azərbaycanlı futbolçular yetişmiş, sonradan “Neftçi”nin aparıcı futbolçularına çevrilmişdilər. “33-lər” seçiminə gəlincə, SSRİ-nin ən güclü futbolçuları ilk dəfə 1938-ci ildən aşkara çıxarılmağa başlanmışdır. O vaxtı siyahısa 55 futbolçunun adı düşmüşdü-hər ampluadan 5 nəfər. Budur, həmin siyahıya Bakının “Temp” komandasından iki oyunçunun da adı var idi. SSRİ-nin dördüncü futbol qapıçısı Vasili İkonnikov sayılırdı. O, tanınmış qapıçı idi. Müharibədən sonrakı illərdə Bakının “Dinamo” komandasında oynamışdı, sonra isə bu komandanın məşqçisi olmuşdur. Sol yarımmüdafiəçilər içərisində 1-ci nömrə ilə Fyodor Nifontovun adı çəkilirş Çoxillik təcrübəsi olan azarkeşlər müharibədən sonrakı ilk illərdə onun “Neftyanik”in heyətindəki çıxışlarını bəlkə də xatırlayırlar. O vaxtlar “Dinamo”nun (Moskva) heyətində oynayan əməkdar idman ustası Ələkbər Məmmədov iki dəfə dalbadal-1965 və 1957-ci illərdə ölkənin 33 ən güclü futbolçuları sırasına daxil edilmişdir. Hər ikisində o, Eduard Stersov və Nikita Simonyandan (lənətə gəlmiş) sonra üçüncü mərkəz hücumçusu sayılmışdır.
1959-cu ildə isə SSRİ-nin ən yaxşı mərkəz hücumçusu bir vaxtlar “Neftçi”nin futbolçusu və baş məşqçisi olmuş Yuri Kuznetsov sayılmışdır. O da o vaxt Moskva “Dinamo”sunun tərkibində oynayırdı.
1962-ci ildə 33 ən güclü futbolçu arasında Azərbaycan futbolunun iki yetirməsi də vardı. O vaxt MOİK-in heyətində oynayan Vyaçeslav Semiqlazov E. Dubinskidən və G. Loqefedən sonra üçüncü sağ cinah müdafiəçisi hesab olunmuşdu. Üçüncü sol mərkəz müdafiəçisi isə “Spartak”a yenicə keçmiş Valeriy Dikarev (G. Çoxelidən və A. Şesternyovdan sonra) sayılmışdı.
Növbəti mövsümün yekunlarına görə, ölkənin üçüncü ən yaxşı sağ kənar hücumçusu Kazbek Tuayev İ. Çislenkodan və O. Bazileviçdən sonra bu mövqeyə sahib çıxmışdı.Kazbek Tuayev daha iki dəfə-1966 və 1967-ci illərdə ölkənin ən yaxşı futbolçularından sayılmışdır.
Anatoli Banişevski də üç dəfə (1965-67-ci illərdə) ən yaxşıların siyahısına düşmüşdür.
“Neftyanik”in müdafiəçisi Vladimir Bruxti 1967-ci ildə 33 ən yaxşı futbolçu sırasında olmuşdur. Vitali Şevçenko isə 1971-ci ildə bir nömrəli sol kənar hücumçusu kimi ən yaxşıların siyahısında yer almışdı.
“Neftçi”nin heyətindəki oyunu ilə məşhurlaşan, SSRİ-də tanınan Eduard Markarov (daha bir üzdəniraq) sonradan “Ararat”a keçmiş orada ən yaxşı 33 futbolçu sırasında mərkəz hüumçuları arasında 3-cü pilləni tutmuşdu. Lakin qeyd etdiyimiz kimi, o, bu uğura görə ilk növbədə “Neftçi”yə borclu olmalıdır, “Ararat”a yox.
Maraq üçün qeyd edək ki, 1972-ci ildən etibarən ta 1986-cı ilə kimi 33 ən yaxşı futbolçu sırasına bir nəfər də olsun Azərbaycan futbolunun nümayəndəsi düşməmişdi. Nəhayət, 1986-cı ildə bu uğur Maşallah Əhmədova nəsib olmuşdu. Özü də Əhmədov 33 ən yaxşı siyahısına düşən ilk azərbaycanlı olub. Çünki ondan əvəl bu ada layiq görülənlərin hamısı qeyri-azərbaycanlılar idi. Qeyd etdiyimiz kimi, 1986-cı ildə Əhmədov ölkədə 3-cü ən yaxşı sağ kənar hücumçusu sayılmışdır.
1987-ci ildə SSRİ-nin ən güclü oyunçuları sırasında “Neftçi”nin qapıçısı Aleksandr Jidkov 3-cü nömrə ilə daxil edimişdi.