
“Futbolçularımız yorulmuşdular, ona görə yerdə qalırdılar” - Elvin Məmmədov
- 30 Mar 2025 18:46
- 93
“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra paytaxt təmsilçisinin baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 1:1 hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Bizi çətin rəqibin gözlədiyini bilirdik. Fərqinə varırdıq. Bəzi şeyləri deyə bilməyəcəm, bu da təcrübə ilə bağlıdır. Bu gün bizə bu xal vacib idi. Bura sırf bir xal üçün gəlməmişdik. Bu gün futbolçuların yerinə danışmaq düzgün deyil, çünki əziyyəti çəkən onlardır. Futbolçularımız yorulmuşdular, ona görə yerdə qalırdılar. İnanın ki, bu barədə o qədər çox işləyirik… Bu gün bizim məqsədimiz sırf bu yöndə hazırlaşmaqdır. Psixoloji durumları üzərində çox işləyirik. Komanda uduzduqca, futbolçularda ruh düşkünlüyü müşahidə olunur.
Futbolçularımın hər birinə güvənirəm. Bu gün alınmırsa, bir oyunla oyunçunu itirə bilmərik”.