Futbolçuya 2 illik cəza - marixuanaya görə
- 10 Fev 2020 11:41
- 814
Şotlandiyanın “Stenhausemuir” klubunun yarımmüdafiəçisi Konner Dati 2 illik bütün futbol yarışlarından kənarlaşdırılıb.
Rekord.az xəbər verir ki, bu barədə yerli “Scotsman” nəşri məlumat yayıb.
Məlumata görə, futbolçunun cəzalanmasına marixuanadan istifadə etməsi səbəb olub. 23 yaşlı futbolçu dopinq-testdə ilişib. O, həmin testi 2019-cu ilin mart ayının 16-da “Stranraer”lə oyundan sonra verib. İki illik diskvalifikasiya da məhz həmin gündən hesablanacaq.
Qeyd edək ki, “Stenhausemuir” Şotlandiyanın gücünə görə dördüncü liqasında mübarizə aparır. Dati bu komandada 2018-ci ilin iyul ayından çıxış edir. O, bu müddət ərzində sözügedən komandada 41 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.