
Futbolda qapıçının topu saxlaması qaydası dəyişdi
- 01 Mar 2025 22:46
- 82
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılarla bağlı yeni qərar qəbul edib.
Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, "səkkiz saniyə qaydası" tətbiq olunur. Qapıçı topu səkkiz saniyədən çox əlində saxlayırsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək.
Əvvəllər “altı saniyə qaydası” qüvvədə idi və ona əsasən, rəqibin xeyrinə cərimə zərbəsi təyin olunurdu.
Yeni qayda 2025/26-cı illər mövsümündə qüvvəyə minəcək.