Futbolumuzun real mənzərəsi: 4 oyuna 5200 azarkeş
- 03 Dek 2019 16:22
- 948
Premyer Liqada 13-cü turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.
Rekord.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. “Sabah”ın "Bank Respublika Arena"da “Qarabağ”a 0:1 hesabı ilə uduzduğu turun bağlanış oyununu 3000 azarkeş tribunadan izləyib.
Ən aşağı göstərici isə Qəbələdə qeydə alınıb. “Qəbələ” – “Zirə” (3:0) görüşündə 400 azarkeş qeydə alınıb. "ASCO Arena"da baş tutan “Səbail” – “Neftçi” görüşünü (0:0) 800 nəfər izləyib. Bu stadionda keçirilmiş "Keşlə" - "Sumqayıt" qarşılaşmasında (2:1) isə 1000 azarkeş qeydə alınıb.
Ümumilikdə turun 4 oyununda 5200 azarkeş olub. Bu da orta hesabla hər matçı 1300 nəfərin izləməsi deməkdir.