Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunları və Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab matçları martın 19-dək azarkeşsiz keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Oyunların azarkeşsiz keçirilməsinə səbəb koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaqdır.

Futbol üzrə Azərbaycan Premyer Liqasının və 1-ci divizionun da növbəti iki turu azarkeşsiz keçiriləcək.