Füzuli Məmmədov futbolçulardan şikayətləndi: “Ürəyimcə olmadı”
- 22 Fev 2020 17:58
- 755
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər veir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Qələbə qazansaq da, oyun tam ürəyimizcə olmadı. Birinci hissəni necə keçirmişdiksə, fasilədən sonra da o cür davam etməliydik. Belə oyunlar da olur. Futbolçularımız çox əziyyət çəkdi. Hesabı qoruyub saxlamağa çalışdıq. “Qəbələ” sonuncu yerdə getməyə layiq deyil. Mobil və taktiki cəhətdən yaxşı komandadı. Onlara qarşı oynamaq bizim üçün çox da asan deyil. Maksimum çalışdıq ki, qələbə qazanaq. Qələbədə əziyyəti olan hərk kəsə təşəkkür edirəm. Azarkeşlərə “sağ ol” deyirik ki, uzun məsafə qət edib, bizi dəstəkləməyə gəldilər. Ümumi götürsək, biz bundan da yaxşı oynamalıyıq. Yenə deyirəm, tam ürəyimcə olmadı. Bəzi futbolçuların verdiyim tapşırıqları maksimum yerinə yetirməməsi məni narazı saldı. Biz az müddətdi bir yerdəyik. Komandanın bundan da yaxşı olacağına inanıram. Oyuna yaxşı başladıq, hesabı tez açdıq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq əmələ gəlir. Bəlkə də güclərini bir az qorumaq istədilər. Amma qol buraxmamaq, qələbəni qorumaq üçün sonadək əziyyət çəkdilər”. (Sportinfo)