"Region Liqası"nın iddialı komandalarından olan "Füzuli" play-off mərhələsi öncəsi yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, "Region Liqası"nın qrup mərhələsini 100%-lik nəticə ilə bitirən (10 oyun, 10 qələbə!) Füzuli təmsilçisi, Bakının Bakıxanov qəsəbəsində yerləşən "Türk Hava Yolları Futbol Mərkəzində", "Neftçi-2" komandasının qonağı olacaq.

Qarşılaşma bugün saat 14:00-da start götürəcək.