Gədəbəy İdman Klubunun zalında “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Müşfiq Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıbdır.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda cüdo idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir. Daha sonra məşqçi müəllimlər Zeynalov Röyal və Məsmalıyev Raminin rəhbərliyi altında idmançıların nümunəvi çıxışlarına baxıblar.