Almaniyanın paytaxtı Berlində 27-28 iyulda gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 35 ölkədən 500-dən çox idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar və qızlar arasında 10 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qızlar 

-48 kq. 
Könül Əliyeva 
Fəridə Mirzəyeva 
-52 kq. 
Xədicə Qədəşova 
-57 kq. 
Lətifə Abbasova 
Fidan Əlizadə 
Gülnarə Bayramova 
Fidan Qasımova

Oğlanlar

-60 kq. 
Nizami İmranov 
Məhərrəm Mirzəyev 
Murad Muradlı 
-66 kq.
Nicat Nağıyev 
İslam Rəhimov 
-73 kq. 
Süleyman Əliyev 
Aydın Rzayev
Əbil Yusubov 
-81 kq. 
Əli Hacızadə 
Məmmədrza Hacızadə 
Süleyman Şükürov 
Nahid Tarquliyev 
-90 kq. 
Şamil Tuncay 
-100 kq. 
Əjdər Bağırov 
Nihad Şıxəlizadə 
+100 kq. 
Kənan Nəsibov