Gənc hücumçumuz yarış öncəsi fikirlərini bölüşüb
- 26 May 2021 10:47
- 792
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında çıxış öncəsi hazırlıqlarını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız ilk dövrəsinin oyunlarının keçiriləcəyi Rumıiyada təlim-məşq toplanışındadır. Yığmamızın heyətində ilk dəfə meydana çıxacaq oyunçulardan olan gənc voleybolçu İlhamə Əliyeva yarış öncəsi fikirlərini bölüşüb:
"Böyük qürur hissi keçirirəm ki, milli komandamızın heyətində çıxış edən oyunçulardan biri də mənəm. Milli komanda da mübarizə aparmaq həm sevindirici, həm də həyəcanlıdır. Son mövsümdə "Murov" klubunda çıxış etmişəm. İlk dəfədir ki, milli komandamızın heyətində böyük arenada mübarizə aparacam. Oyunlar zamanı komandamıza əlimdən gələn köməyi etməyə çalışacam. Qızıl Avropa Liqasında mübarizə aparacaq komandamızın tərkibi demək olar ki, gənclərdən ibarətdir. Bir neçə oyunçu bu mövsüm ərzində məşq edib oyun keçirib. Buna baxmayaraq, məşqçilərimiz təlim-məşqlərə başladığımız gündən etibarən oyunlara yaxşı hazırlaşmağımız üçün məşqləri yüksək səviyyədə keçirməyə və uzun müddətlik fasilədən sonra qısa zamanda oyunçuların formasını bərpa etmək üçün çalışıblar. Hər birimiz oyunlarda sona kimi savaşmağa və gözəl oyun göstərməyə hazırıq. Komandamıza uğurlar arzu edirəm".