Gənc millimiz Avropa çempionatının təsnifatında mübarizəyə başlayır
- 20 Noy 2023 10:29
- 265
Bu gün 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür. "Rekord.az" xəbər verir ki, Latviyanın Daugavpils şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan komandasının rəqibi meydan sahibi Latviya millisidir. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Noyabrın 26-dək davam edəcək çempionatda millimiz Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşa komandalarına qarşı da mübarizə aparacaq.
Qeyd edək ki, Şahin Çatmanın rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib. Yığmamızın heyətində yer alan voleybolçularımız ilk dəfədir ki, beynəlxalq yarışda iştirak edirlər.
“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.