Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu keçirilib.

Rekord.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.

Rəqibini 93:90 hesabı ilə məğlub edən bölgə təmsilçisi ümumi hesabı bərabərləşdirib - 2:2.

Final seriyasının sonuncu - beşinci görüşü mayın 30-da gerçəkləşəcək.

Daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.