"Gəncə" klubu rusiyalı oyunçuyla müqaviləni uzatdı
- 14 May 2024 10:24
- 290
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu rusiyalı idmançı ilə müqaviləni yeniləyib. "Rekord.az" xəbər verir ki, Gəncə təmsilçisi Vitalina Andreyanenkovanı komanda da saxlayıb.
18 yaşlı libero ən azı bir il daha "Gəncə"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, debüt ilində Yüksək Liqada 4-cü yeri tutan komanda bundan əvvəl baş məşqçi Belarus yığmasının çalışdırıcısı Sergey Çasnavitski ilə də müqaviləni uzadıb.