
“Gəncə” “Ordu”ya qalib gəldi
- 15 Mar 2025 17:00
- 55
Azərbaycan Basketbol Liqasının 18-ci turunda "Gəncə" "Ordu" kollektivinə qalib gəlib.
Rekord.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.