"Kəpəz" yenidən Premyer Liqaya qaytarılan zaman ümid işığı var idi ki, Gəncə stadionunda da qısa zamanda yenidənqurma işləri başlanılacaq. Hətta AFFA da bu işdə öz dəstəyini göstərməli idi.

Lakin Rekord.az xəbər verir ki, bu məsələdə heç bir yenilik yoxdur.

Aldığımız son məlumata görə, hazırkı durum dəyişməz olaraq qalır. Akademiya üçün stadionun inzibati binasında işlər getsə də, stadionun özündə, qazonda, tribunalarda heç bir iş aparılmır.