Gəncə stadionu ilə bağlı durğunluq davam edir.

Rekord.az-a daxil olan məlumata görə, arenanın yenidən qurulması yönündə heç bir perspektiv görünmür.

Çünki aradan xeyli müddət keçsə də, nə şəhər rəhbərliyindən, nə də AFFA-dan arenya baş çəkən, maraqlanan olmayıb. Belə davam etsə Fövqəladə Hallar Nazirliyi növbəti mövsüm üçün arenaya çətin ki, müsbət rəy verə. Çünki stadion hər ötən gün daha da təhlükəli vəziyyətə düşür.