“Gəncə” və NTD kubokun finalında
- 25 Mar 2023 23:23
- 461
Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal oyunları keçirilib.
Rekord.az xəbər verir ki, ilk yarımfinal oyununda "Gəncə" və "Neftçi" komandaları üz-üzə gəliblər.
Yerli oyunçularının dominant oyunu sayəsində "Gəncə" komandası rəqibi üzərində 83:73 hesablı qələbə qazanaraq ilk finalçı olub. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (26 xal, 6 ribaund), "Neftçi”dən isə Yuri Kondrakov (18 xal, 10 ribaund) olublar.
İkinci yarımfinal qarşılaşması NTD və "AAAF Xırdalan" komandaları arasında baş tutub. Gərgin mübarizə şəratində davam edən oyunun sonunda NTD 91:84 hesablı qələbə qazanaraq adını finala yazdırıb. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), "AAAF Xırdalan"dan isə Devin Pullum (23 xal, 5 asist) olub.
“Gəncə" və NTD arasındakı final oyunu martın 26-da keçiriləcək və 16:00-da başlayacaq.