Gəncədə cüdo mərkəzinin inşası planlaşdırılır
- 07 Apr 2022 16:30
- 553
Azərbaycan Cüdo Federasiyası Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.
Rekord.az xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov və Federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar.
Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar. Görüşdə həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov iştirak ediblər.
Niyazi Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncə şəhərində bu idman növünün inkişafına təkan olacağını qeyd edib.
Daha sonra Federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.