"Heydər Əliyev İli"nə həsr olunmuş Tələbə-Sağlamlıq Spartakiadası davam edir

Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının qurucusu və memarı, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Lənkəranda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Tələbə sağlamlıq spartakiadası” nın müvafiq mərhələsi üzrə İdman yarışı növbəti həftədə oğlanlar arasında basketbol idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseyləri arasında keçirilmiş və 70 nəfər tələbə iştirak etmişdir.

Qeyd edək ki, “Tələbə sağlamlıq spartakiadası” 7 idman növündən (voleybol, şahmat, dama, stolüstü tennis, basketbol, futbol, atletika) olmaqla may ayına kimi davam edəcək.